Azərbaycan futbolçusu Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubuna keçib
Azərbaycan futbolçusu Eddi İsrafilov İspaniyanın “Ximnastik” klubunu tərk edib.

Yarımmüdafiəçi artıq İspaniya Sequndasının digər klubuna – “Alkorkon”a öz keçidini təsdiqləyib.

Tərəflər 2019/2020-ci il mövsümünün sonunadək müqavilə imzalayıblar.

Xatırladaq ki, İsrafilov “Ximnastik” klubuna cari mövsümün əvvəlində keçmişdi.

Hazırda E.İsmayılovun yeni komandası 29 xalla turnir cədvəlinin 16-cı pilləsindədir və futbolçunun artıq keçmiş komandasını bir pillə geridə qoyub.

Xəbər 952 dəfə oxundu.