AGF kubokuna start verilir
Aprelin 25-28-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, İsrail, Qazaxstan, Özbəkistan, Türkmənistan və Rumıniya idmançılarının iştirakı gözlənilir.

Turnirin proqramına əsasən, aprelin 25-də yunan-Roma güləşi üzrə yeniyetmələr, bir gün sonra yunan-Roma güləşi üzrə gənclər, 27-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 28-də isə sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaqlar.

Turnirin rəsmi açılış mərasimi aprelin 25-də saat 17.00-da baş tutacaq. Qalib və mükfatçılar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Xəbər 1062 dəfə oxundu.