“Arsenal” klubu “Borussiya” ilə Pyer-Emerik Obameyanqın transferində razılığa gəlib
“Arsenal” futbol klubu “Borussiya” komandası ilə Pyer-Emerik Obameyanqın transferində razılığa gəlib.

“Arsenal”ın 50 milyon funt sterlinqlik təklifini geri çevirən Dortmund klubunun razılığa gəlməsində başlıca səbəb kimi onların 60 milyonluq tələbinin yerinə yetirilməsi göstərilir.

Bundan başqa, qabonlu hücumçunun transferilə bərabər, “Arsenal” qarşı tərəfə hazırda zədəli olan fransalı forvardı Olivye Jirunu da buraxmağa razılıq verib. Həmçinin London klubu Jirunu Alvaro Moratanın zədəli olması fonunda hücumçu problemi yaşayan əzəli rəqibi “Çelsi”yə də 35 milyon funt qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, beynəlxalq “transfer pəncərəsi” fevralın 1-də bağlanır. Bu transferlərin həmin tarixədək rəsmiləşəcəyi gözlənilir.

Xəbər 1062 dəfə oxundu.