Bakının “Keşlə” klubu Ukraynanın “Karpatı” komandası ilə qarşılaşıb
Antalyada təlim-məşq toplanışında olan Bakının “Keşlə” futbol klubu hazırlıq prosesi çərçivəsində ikinci yoxlama matçını keçirib.

Bakı təmsilçisi Ukraynanın “Karpatı” klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatıb. Komandamızın heyətində Əlibəy Məmmədli fərqlənib.

Qeyd edək ki, “Keşlə” Antalyada keçirdiyi ilk yoxlama matçında Makedoniyanın “Rabotniçki” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 998 dəfə oxundu.