“Sumqayıt”-“Akademiya Pandev” oyunu heç-heçə yekunlaşıb | |
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib. Komandamız Makedoniya təmsilçisi “Akademiya Pandev” klubu ilə qarşılaşıb. Matçın 30-cu dəqiqəsində Vurğun Hüseynovun qolu ilə “Sumqayıt” hesabda önə keçsə də, 44-cü dəqiqədə Aleksandar Mişov hesabda tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 31-də Rusiya Premyer Liqası təmsilçisi “Anji”yə qarşı keçirəcək. |
|
Xəbər 1036 dəfə oxundu. |
|
|