Yığmamızın hücumçusu qələbəni ehtiyatdan seyr etdi
Qadın voleybolçular arasında İtaliya A seriyasında XVII turun oyunları keçirilib. Tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Pesaro”nu qəbul edib.

Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. A seriyasında hələlik 1 matçda meydana çıxan Səmədova bu dəfə də ehtiyatda qalıb.

Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 39 xalı var.

Apasport.az

Xəbər 1379 dəfə oxundu.