“Qarabağ” və “Azəryol” həndbol komandalarının qarşılaşması heç-heçə başa çatıb
Qadın həndbolçular arasında Azərbaycan çempionatında iki oyun keçirilib.

Hər iki qarşılaşma gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb.

Günün mərkəzi oyununda “Qarabağ” və “Azəryol” kollektivləri üz-üzə gəliblər. Bərabər səviyyəli oyun nümayiş etdirən hər iki komandanın görüşündə qalib müəyyənləşməyib - 24:24.

Digər matçda isə “Gənclər Birliyi” həndbolçuları “İdman Akademiyası” təmsilçilərini çətinliklə məğlub ediblər – 31:30.

Xəbər 1249 dəfə oxundu.