Atletika üzrə 36-cı qış Azərbaycan çempionatına start verilib
Yanvarın 26-da Respublika Olimpiya Mərkəzində atletika üzrə sayca 36-cı qış Azərbaycan çempionatına start verilib.

Çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafəyə qaçış, sədlərlə 60 metr məsafəyə və 200 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə tullanma, üç təkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayıralar.

Yarışın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə idmançılara uğurlar arzulayıb və atletika idman növünün ölkəmizdə inkişafından söz açıb.

Ç.Hüseynzadə bildirib ki, cari ildə atletimiz Rahib Məmmədov Latviyada beynəlxalq turnirdə 60 metrə məsafəyə sədlərlə qaçışda qızıl medala sahib olub. Zəkiyyə Həsənova isə Qazaxıstanda 60 metr məsəfəyə qaçış yarışlarında gümüş medal qazanaraq Azərbaycan rekordunu yeniləyib.

Qeyd edək ki, çempionat iki gün davam edəcək.

Xəbər 1480 dəfə oxundu.