Gəncənin “Kəpəz” klubu Koreya Respublikasının “Daejeon Citizen” komandasına qalib gəlib
Gəncənin “Kəpəz” futbol klubu Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

“Sarı-göylər” Koreya Respublikasının “Daejeon Citizen” klubu ilə qarşılaşıblar.

Oyun komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

“Kəpəz” ilk yarıda İlkin Sadıqovun vurduğu qolla matçdan qalib ayrılıb.

Qeyd edək ki, ilk yoxlama oyununda Gəncə təmsilçisi Rumıniyanın “Viitorul” klubu ilə qarşılaşıb və görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Xəbər 622 dəfə oxundu.