Joze Mourinyu müqaviləsinin müddətini 2020-ci ilədək uzadıb
“Mançestr Yunayted” klubunun baş məşqçisi Joze Mourinyu bu klubla müqaviləsinin müddətini uzadıb.

Portuqaliyalı mütəxəssislə yeni müqavilə müddətini daha bir il uzatmaq imkanı ilə 2020-ci ilədək nəzərdə tutulub.

J.Mourinyu “Mançestr Yunayted”ə 2016-cı ilin yayında başçılıq edib. Onun rəhbərlik etdiyi debüt mövsümdə komanda ölkə çempionatında altıncı yeri tutmaqla bərabər, İngiltərə Liqasının Kubokunu udub, Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, cari mövsümdə “Mançestr Yunayted” 24 turdan sonra yalnız “Mançestr Siti”dən 12 xal geri qalaraq, İngiltərə Premyer-Liqasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

AZƏRTAC

Xəbər 626 dəfə oxundu.