“Şahdağ” komandası stritbol turnirinin qalibi olub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2004–2006-cı il təvəllüdlü oğlanlar arasında 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş stritbol turniri keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, oyunlar Səbail rayonu 91 nömrəli tam orta məktəbin idman zalında keçirilib.

Yarışda 12 komanda birincilik uğrunda mübarizə aparıb.

“Şahdağ” komandası bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. “Sahil” komandası yarışı ikinci, “Bayıl” isə üçüncü pillədə başa vurublar.

Sonda mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

Xəbər 1177 dəfə oxundu.