“Barselona” İspaniya kubokunun yarımfinalına yüksəlib
“Barselona” futbol klubu İspaniya kubokunun dörddəbir final mərhələsinin cavab oyununda “Espanyol” komandasını qəbul edib.

“Kamp Nou” stadionunda keçirilən oyunun taleyi ilk hissədə həll olunub. Görüşün 9-cu dəqiqəsində Luis Suarez, 25-ci dəqiqəsində isə Lionel Messi rəqib qapısına yol tapıblar. Oyun meydan sahiblərinin 2:0 qələbəsi ilə başa çatıb.

Bununla da “Barselona” iki oyunun nəticəsinə görə “Kral kuboku”nun yarımfinalına çıxıb. İlk oyun “Espanyol”un 1:0 qələbəsi ilə başa çatıb.

Bu görüş Lionel Messi üçün əlamətdar olub. Argentinalı hücumçu “Barselona”nın “Kamp Nou”da vurduğu 4000-ci qolun müəllifi olub. Belə ki, Kataloniya təmsilçisi İspaniya çempionatında 2765, ölkə kubokunda 508, Çempionlar Kuboku və Çempionlar Liqasında 368, Kuboklar Kubokunda 107, UEFA Kubokunda 92, İspaniya Super Kubokunda 32, digər turnirlərdə isə 121 qol vurub.

Xəbər 626 dəfə oxundu.