Kənan Əliyev dünya kuboku yarışlarına uğurlu start verib
Qılıncoynadanımız Kənan Əliyev Almaniyanın Haydenhaym şəhərində startı verilən və 317 idmançının qatıldığı dünya kuboku yarışlarına uğurlu start verib.

Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib ki, şpaqa növü üzrə yarışan idmançımız qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vurub. Təmsilçimiz macarıstanlı, belçikalı, isveçrəli, kolumbiyalı, avstriyalı və venesuelalı rəqiblərini məğlub edərək qrupu lider kimi tamamlayıb. Bu nəticə təmsilçimizə birbaşa 1/32 finala vəsiqə qazandırıb.

Bu mərhələnin görüşləri yanvarın 26-da keçiriəcək.

Xəbər 1283 dəfə oxundu.