Boks üzrə Azərbaycan çempionatına 39 komanda qatılacaq
Bu gün böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi idmançısı qatılacaq.

Qaliblərin adına isə yanvarın 30-da aydınlıq gələcək.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Xəbər 1083 dəfə oxundu.