Astarada məktəblilər arasında futbol üzrə rayon birinciliyi başa çatıb
Astara Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədi ilə 2004-2005-ci il təvəllüdlü məktəblilər arasında futbol üzrə rayon birinciliyində 8 komanda qələbə uğrunda mübarizə aparıb.

Finalda Astara şəhər 2 və 1 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən final matçında 2 nömrəli tam orta məktəbin futbolçuları rəqiblərinə 5:4 hesabı ilə qalib gələrək birinci yerə sahib olublar.

Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr verilib.

Xəbər 597 dəfə oxundu.