Ronaldu Madrid, Nyu-York və Mərrakeş şəhərlərində “CR7” otellərini açır
“Real” futbol klubunun hücumçusu Kriştianu Ronalduya məxsus otellər şəbəkəsi genişlənməkdə davam edir.

Bu otellərə rəhbərlik edən “Pestana CR7” şirkəti Madriddə, Nyu-Yorkda və Mərakeşin ən iri şəhərlərindən biri sayılan Mərrakeşdə mehmanxanaların açılacağını elan edib. Genişlənmə prosesinin 2020-ci ildə başa çatacağı gözlənilir.

Qeyd edək ki, “CR7”nin ilk iki oteli 2016-cı ildə Kriştianunun doğma şəhəri Funşalda və Lissabonda açılıb.

Xəbər 643 dəfə oxundu.