Fransalı velosipedçilər bizdən Qazaxıstana keçəcəklər
Velosipedlə uzunmüddətli Avrasiya turuna çıxan fransızların səyahət marşrutuna Azərbaycan da daxildir.
AzərTAc-ın yaydığı xəbərə görə, səfərə 6 ay əvvəl Fransanın Marsel şəhərindən başlayan 4 velosipedçi – Simon Herbert, Yza Retailleav, Mare Boucault və Etivenne Viaud artıq Türkiyə ərazisinə daxil olub.

Səyahətçilər Fransa ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, bu ölkədə çox yaxşı qarşılanmalarından məmnun qalıblar.

Səfərə davam edən velosipedçilər Trabzon yolu ilə Gürcüstana, oradan isə Azərbaycana keçəcəklər. Fransızların səfər marşrutu Qazaxıstan və Çindən sonra gedəcəkləri Tailandda tamamlanacaq.

Xəbər 942 dəfə oxundu.