Mərakeş 2026-cı ildə təşkil olunacaq dünya çempionatına ev sahibliyi etmək barədə rəsmi müraciət edib
Mərakeşdə təşkil olunan mətbuat konfransında futbol üzrə 2026-cı il dünya çempionatının burada keçirilməsi barədə ölkənin rəsmi müraciəti elan edilib.

Müraciət komitəsinin başçısı Mulay Hafid Elalami deyib: “Mərakeş təcrübəsiz deyil, real namizəddir”.

Komitədən bildiriblər ki, məşhur afrikalı futbolçular - Samuel Eto’O və Didye Droqba müraciətin irəli sürülməsində Mərakeşi dəstəkləyəcəklər.

2026-cı ilin dünya çempionatının keçiriləcəyi ölkə 2018-ci il iyunun 13-də bəlli olacaq. Mərakeşlə yanaşı, ərizə ilə müraciət edən ABŞ, Kanada və Meksika da turnirə ev sahibliyi etməyə iddiaçıdırlar.

Xəbər 541 dəfə oxundu.