Argentinalı futbolçu Maskerano karyerasını Çində davam etdirəcək
İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Maskerano karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirəcək.

Transferin rəsmi müqaviləsi yanvarın 26-da 10 milyon avro müqabilində imzalanacaq.

Qeyd edək ki, argentinalı futbolçu 2010-cu ildən Kataloniya klubunun şərəfini qoruyur. O, bu müddət ərzində 334 rəsmi oyuna çıxıb və “Barselona” ilə 18 mükafat qazanıb.

Xəbər 541 dəfə oxundu.