“Azərreyl” klubu Ukrayna millisinin üzvü ilə müqavilə imzalayıb
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Ukrayna millisinin üzvünü heyətinə cəlb edib.

Bakı təmsilçisi Alla Politanskaya ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Otuz yaşlı voleybolçu “Azərreyl”ə “Ximik” klubundan transfer olub.

Qeyd edək ki, Alla Politanskaya 2013-cü ildən milliyə dəvət olunur.

Xəbər 1183 dəfə oxundu.