Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək
Yanvarın 24-də UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü atılacaq.

Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Lozanna şəhərində start götürəcək tədbirdə Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Qurban Qurbanov təmsil edəcəklər.

Millətlər Liqasında çıxış edəcək 55 milli komanda dörd divizionda mübarizə aparacaq. “A” və “B” liqalarının hər birinə 12, “C” liqasına 15, “D” liqasına isə 16 komanda daxil edilib.

Qrup mərhələsinin görüşləri 2018-ci ilin sentyabr-noyabr aylarında oynanılacaq. “A” liqasındakı dörd qrupun hər birinin qalibləri 2019-cu ilin iyununda keçiriləcək “dördlər finalı”nda iştirak edəcəklər. “A”, “B”, “C” liqalarının qruplarında sonuncu yerlərdə qərarlaşan komandalar aşağı liqalarda mübarizə aparacaqlar. Onları isə daha aşağı liqaların qruplarında birinci yeri tutan kollektivlər əvəzləyəcək.

Bütün divizionların qalibləri olan 16 komanda “Avro-2020”nin final turnirinə dörd vəsiqə uğrunda liqa çərçivəsində keçiriləcək. Bununla da, turnirdə hər liqadan ən azı iki komanda iştirak edəcək.

“D” liqasında mübarizə aparacaq Azərbaycan milli komandasının püşkatmada yer aldığı birinci səbətdə, həmçinin Makedoniya, Belarus və Gürcüstan yığmaları var. İkinci səbətdə Ermənistan, Latviya, Farer Adaları, Lüksemburq, üçüncü səbətdə Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, üçüncü səbətdə isə Andorra, Kosovo, San-Marino və Cəbəllütariq milliləri yer alıblar.

Bu liqada mübarizə hər birində üç komanda olan dörd qrupda aparılacaq.

UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, ölkələr arasındakı münasibətlərə görə Azərbaycan və Ermənistan, eləcə də Rusiya ilə Ukrayna milliləri eyni qrupa düşə bilməzlər. Lakin bu ölkələri təmsil edən yığmalar pley-off mərhələsində üz-üzə gələ bilərlər.

Qeyd edək ki, püşkatma Azərbaycan millisinin yer aldığı “D” liqasının birinci səbətindən başlayacaq.

Xəbər 545 dəfə oxundu.