Azərbaycan-Gürcüstan yoldaşlıq oyununda qalib müəyyənləşməyib
Antalyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.

1:1 hesabı ilə başa çatan oyunun 45-ci dəqiqəsində Gürcüstan millisinin üzvü avtoqolla yadda qalıb.

Əvvəlki oyunlarda "Alanyaspor" klubunun U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz ardınca Albaniyanın U-21 millisinə məğlub olub - 0:1.

Qeyd edək ki, U-21 növbəti oyununu yanvarın 26-da Albaniyanın müvafiq yaş qrupuna qarşı keçirəcək.

Xəbər 537 dəfə oxundu.