FIFA 2018-ci ilin dünya çempionatında stadionlarda pivə satacaq
FIFA 2018-ci ilin dünya çempionatı matçlarının keçiriləcəyi bütün stadionlarda pivə satışı hüququna malik olduğunu təsdiqləyib. Bu barədə AZƏRTAC tribuna.com saytına istinadla xəbər verir.

FIFA-nın məlumatında deyilir: “2013-cü il tarixli 2013-ФЗ nömrəli Federal Qanuna əsasən, futbol üzrə dünya çempionatı zamanı hər matçdan əvvəl və sonra, həmçinin FIFA-nın Fan Fest tədbirləri çərçivəsində oyunların keçiriləcəyi 11 şəhərin hamısında FIFA-ya stadionların açıq konsessiya stendlərində pivə satması üçün icazə verilib”.

Bundan əvvəl verilən xəbərə görə, Rostov vilayətinin hökuməti Rusiyada 2018-ci ilin dünya çempionatının keçiriləcəyi günlərdə “Rostov-Arena” stadionunda alkoqollu içkilərin pərakəndə satışını qadağan edən qərar verib.

Xəbər 548 dəfə oxundu.