Avropa Çempionatının keçiriləcəyi Kaspiysk İdman Sarayı fevral ayında təhvil veriləcək
Kaspiysk şəhəri Əli Əliyev adına İdman və Gənclər Sarayında aparılan yenidənqurma işləri fevralın 20-də başa çatacaq.

Əli Əliyev adına İdman və Gənclər Sarayında aprelin 30-dan mayın 6-dək güləş üzrə Avropa Çempionatı keçiriləcək. Çempionatda Azərbaycan da təmsil olunacaq.

Ümumi sahəsi 17 min kvadratmetr olan çoxfunksiyalı müasir idman kompleksinin tamaşaçı tutumu 5,5-6 min nəfərlikdir. Yenidənqurma işlərindən sonra Əli Əliyev adına İdman və Gənclər Sarayında martın 3-də Azərbaycan, Rusiya, İran və Türkiyə idmançılarının iştirakı ilə sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Xəbər 824 dəfə oxundu.