Milli komandamızın üzvləri cüdonun yeni qaydaları barədə məlumatlandırılıb
Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.

Seminarda iştirak edən Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov cüdoçularımızı yeni qaydalarla tanış etmək üçün Bakıda seminar keçiriblər.

Hər iki mütəxəssis Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında cüdonun yeni qayda və qanunlarının tədbiqini əyani şəkildə göstəriblər. Yeni qaydalar cüdoçulara ətraflı izah edilib.

Xəbər 1138 dəfə oxundu.