“Mançester Yunayted” klubu “Arsenal”ın forvardı Aleksis Sançezi transfer edib
“Mançester Yunayted” klubu “Arsenal”ın çilili hücumçusu Aleksis Sançezin transferini başa çatdırıb.

Futbolçu “Tvitter” səhifəsində yeni kluba keçidi barədə fikirlərini bildirərkən qeyd edib: “Dünyanın ən böyük klubuna qoşulduğum üçün çox xoşbəxtəm. “Arsenal”da 3,5 il əla dövr keçirdim. Bu klub və onun tərəfdarları ilə bağlı müsbət xatirələrim var. “Mançester Yunayted”in formasını geyinən ilk çilili futbolçu olmaqdan qürur duyuram”.

Hücumçu yeni komandasında 7 nömrəli formada meydana çıxacaq.

A.Sançez 2014-cü ildə “Barselona”dan “Arsenal”a transfer edilib. O, “Arsenal”ın heyətində iki dəfə İngiltərə kubokuna və üç dəfə isə Superkubokuna sahib olub.

Xəbər 535 dəfə oxundu.