Azərbaycan çempionunun oyununda polşalı
Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər dəqiqləşib. Avropa Voleybol Konfederasiyası Azərbaycan çempionu “Lokomotiv”in Yunanıstan “Olimpiakos”u ilə matçını Matsey Matseyevskiyə (Polşa) həvalə edib.

Ona köməklik isə ingiltərəli Nikolas Ekforda tapşırılıb.

Qeyd edək ki, ilk görüşdə 0:3 hesabı ilə uduzan “Lokomotiv” yunanları fevralın 1-də qəbul edəcək. Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Apasport.az

Xəbər 1106 dəfə oxundu.