“Milan” son dörd ayda ilk dəfə A seriyası üzrə ardıcıl 2 matçda qalib gəlib
“Milan” futbol klubu İtaliya çempionatının 21-ci turunda səfərdə “Kalyari”yə qalib (2:1) gəlib.

Sentyabr ayından “rossoneri” ilk dəfə ardıcıl olaraq iki matçda qalib gəlib. Bundan əvvəlki turda “Milan” klubu “Krotone” üzərində üstünlük (1:0) qazanıb.

Cennaro Qattuzonun komandası 21 matçdan sonra A seriyası cədvəlində yeddinci yeri tutur.

Xəbər 986 dəfə oxundu.