Madridin “Real” klubu “Deportivo”nu 7 qolla məğlub edib | |
Yanvarın 21-də İspaniya çempionatının 20-ci turunda növbəti oyunlar keçirilib. Turun ən böyükhesablı nəticəsi Madriddə qeydə alınıb. Paytaxt təmsilçisi "Real" öz meydanında "Deportivo"nu 7:1 hesabı ilə darmadağın edib. “Kral klubu”nun heyətində Naço, Beyl və Ronaldo dubl ediblər. Digər qolu isə Modriç vurub. Hazırda Madridin "Real" klubu 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Zidanın yetirmələri digər komandalardan bir oyun az keçiriblər. |
|
Xəbər 1029 dəfə oxundu. |
|
|