Həndbol üzrə Azərbaycan çempionatında favoritlər etimadı doğruldublar
Qadın həndbolçular arasında Azərbaycan çempionatında mübarizə davam edir.

Yanvarın 21-də keçirilən hər iki qarşılaşmada favoritlər qələbə qazanıblar. "Azərsu" komandası "İdman Akademiyası" kollektivini 27:20 hesabı ilə məğlub edib. "Gənclərbirliyi" - "Qarabağ" görüşü isə qonaqların 35:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 1137 dəfə oxundu.