Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin ötənilki fəaliyyəti müzakirə olunub
Yanvarın 19-da Milli Olimpiya Komitəsinin binasında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) ümumi yığıncağı keçirilib.

Yığıncaqda Milli Paralimpiya Komitəsinin 2017-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və cari məsələlər müzakirə edilib.

APMPK-nın prezidenti İlqar Rəhimov müzakirə olunacaq məsələlər barədə yığıncaq nümayəndələrinə məlumat verib.

Sonra qurumun birinci vitse-prezidenti Natiq Qasımov ARMPK-nın ötənilki fəaliyyəti və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.

Daha sonra beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Mikayılovun qurumun Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi barədə məlumatı dinlənilib.

Sonda təşkilatı məsələlərə baxılıb.

Yığıncaqda komitənin baş katibi Şaiq Həmidov tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad edilib. Kamal Məmmədov səs çoxluğu ilə ARMPK-nın baş katibi və İcraiyyə Komitəsinin üzvü seçilib.

Xəbər 1272 dəfə oxundu.