Masallıda sərbəst güləş üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Masallı Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə uşaqlar, yeniyetmə və gənclər arasında rayon birinciliyi başa çatıb.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev 1990-cı ilin 20 Yanvar hadisələrindən danışaraq, Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

İki gün davam edən yarışda 100-ə yaxın idmançı 10 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1463 dəfə oxundu.