“Kəpəz” klubu Türkiyəyə yollanıb
“Kəpəz” futbol klubu ölkə çempionatının qış fasiləsi dövründə hazırlığın Bakı hissəsini başa vuraraq Türkiyəyə yollanıb.

Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq.

“Kəpəz” qardaş ölkədə taktiki və texniki çalışmalar üzərində işləyəcək, həmçinin yoxlama oyunları keçirəcək. Türkiyə toplanışı dövründə komandamız yanvarın 22-də Rumıniyanın “Viitorul”, üç gün sonra Koreya Respublikasının “Daejeon Citizen”, yanvarın 28-də Polşanın “Yagelloniya” və yanvarın 31-də isə Serbiyanın “Spartak” (Subotiça) klubları ilə qarşılaşacaq.

“Kəpəz” fevralın 2-də mövsümün ikinci hissəsinə hazırlığın əsas mərhələsini başa vuraraq Vətənə dönəcək.

Xəbər 975 dəfə oxundu.