Gənc cüdoçuların Bakı birinciliyinin ilk gününün qalibləri məlum olub
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən 21 yaşadək gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyinin ilk gününə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin birinci günündə 11 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər müəyyənləşib.

Paytaxt birinciliyində qızların yarışında Şəfiqə Mollazadə (44 kq), Şəfəq Məmmədova (48 kq), Elvira Əskərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Günel Bəkirzadə (63 kq), Əminə Hüseynova (78 kq) və Şəms Hacıyeva (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Oğlanların mübarizəsində isə Yunis Yunisli (55kq), Nazim Şıxəliyev (66 kq) və Əkbər Quliyev (81 kq) çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.

Qeyd edək ki, iki gün davam edəcək açıq birincilikdə 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparır.

Xəbər 1024 dəfə oxundu.