Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir (YENİLƏNİB)
17-18 yanvar 2018-ci il tarixlərində İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin yeni heyətinin ilk iclası işinə başlayıb.

Tədbirdə AOK-un İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.

Həmçinin, iclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, vitse-prezident Nils Niqaard və İcraiyyəKomitəsinin üzvləri iştirak edirlər.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iclasda iştirak edib və AOK-un İcraiyyə Komitəsinin yeni üzvlərinə uğurlar arzu edib.

AOK-un iclası çərçivəsində adı çəkilən təşkilatın baş katibi və xəzinədarının hesabat çıxışları dinlənildi.Atletlərkomissiyasının mühazirə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.

Əlavə olaraq, Avropa Oyunları və Yeniyetmələrin Avropa Olimpiya Festivalı, həmçinin 39-cu Avropa Olimpiya Komitəsinin seminarı və Pyonçanq 2018 Qış Olimpiya Oyunları müzakirə olunacaqdır.

Xəbər 1558 dəfə oxundu.