Kirsan İlyumjinov Rusiya Şahmat Federasiyasının prezidenti postuna namizədliyini irəli sürüb
Kirsan İlyumjinov Rusiya Şahmat Federasiyasının (RŞF) prezidenti postuna namizədliyin irəli sürüb.

RŞF prezidentinin seçkiləri bu il fevralın 3-də keçiriləcək. 2014-cü il fevralın 1-dən RŞF-yə rəhbərlik edən Andrey Filatov da namizədliyini irəli sürəcəyini bildirib. Təşkilatın prezidentliyinə beş namizəd qeydə alınıb. Bunlar tramplindən xizəklə tullanma üzrə SSRİ çempionu Eduard Suboç, RŞF müşahidə şurasının İnquşetiyadan olan üzvü Zaurbek Malsaqov, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi İvan Starikov, Rostov və Moskva vilayətləri şahmat federasiyalarının prezidenti Sergey Nesterov və RŞF vitse-prezidenti Andrey Selivanovdur.

K.İlyumjinov 1995-ci ildən Beynəlxalq Şahmat Federasiyasına rəhbərlik edir. Bu təşkilata yeni prezident seçkiləri cari ilin sentyabr ayında Batumidə keçiriləcək.

Xəbər 774 dəfə oxundu.