Ədalətli oyun prinsiplərinə sadiq idmançılar mükafatlandırılıb
Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimləri keçirir.

Fərqlənənlər “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, “Ədalətli oyun prinsiplərinə sadiq təbliğatçı”, “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılırlar.

Bakıda keçirilən və 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXI açıq Respublika turnirində bir qrup idman mütəxəssisi Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən təltif olunublar.

Mükafatlar dörd nominasiya üzrə qaliblərə təqdim edilib. “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov layiq görülüb.

“Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiya üzrə Sədi Quliyev (Azərbaycan) və Vahid Temirov (Özbəkistan), “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” adına Ruslan Şəmilov (Azərbaycan) və Vaşa Kraveişvili (Gürcüstan), “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” moninasiyasında isə Vahid Əlizadə (Azərbaycan) və Andrey Yegerov (Qazaxıstan) mükafatlara layiq görülüblər.

Xəbər 2008 dəfə oxundu.