“Qəbələ” klubu Antalyada “Sürix” ilə qarşılaşıb
2017-2018-ci il mövsümünün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib.

“Qırmızı-qaralar” təlim-məşq toplanışının ilk mərhələsində ikinci matçına çıxıb. Komandamız İsveçrənin “Sürix” klubu ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ilk 45 dəqiqədə qapılara qol vurulmayıb. Fasilədə hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib. İkinci hissədə isveçrəlilər hesabı açıb. Bu, fasilədən 11 dəqiqə sonraya təsadüf edib. 56-cı dəqiqəyə təsadüf edən qol türkiyəli referi Yigit Kurnazın idarə etdiyi matçda yeganə top olub – 1:0.

Qonşu ölkədəki ilk matçında “Akhisar Bələdiyyəspor”la heç-heçə edən (1:1) “Qəbələ” yanvarın 5-də start götürən hazırlığın birinci mərhələsini “Sürix”lə qarşılaşma ilə başa vurub. Qarşılaşmadan sonra üç günlük istirahətə buraxılan komanda hazırlığını yanvarın 21-dən Antalyada davam etdirəcək.

Xəbər 1055 dəfə oxundu.