İngiltərənin “Everton“ klubu “Arsenal”ın hücumçusu Teo Valkotu transfer edib
İngiltərənin “Everton” klubu “Arsenal”ın hücumçusı Teo Valkotu heyətinə cəlb edib.

Futbolçunun keçidi “Everton”a 20 milyon funt sterlinqə başa gəlib. Teo Valkot yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb.

2006-cı ildə “Sauthampton” klubundan “Arsenal”a transfer olunan 28 yaşlı hücumçu “topçu”ların heyətində 397 oyunda 108 qol vurub. İngiltərə millisində 47 dəfə meydana çıxan futbolçu rəqib qapılarına 8 dəfə yol tapa bilib.

Xəbər 574 dəfə oxundu.