Berti Foqts hansı klubun məşqini izləyib?
“İnter”, Unibank Premyer Liqasının 27-ci turu çərçivəsində “Qarabağ”la keçiriləcək oyununun hazırlıqlarına başlayıb. İdman.com.az saytının xəbərinə görə, gənclərdən ibarət milli komandanın düşərgəsinə yollanan Səlahət Ağayev və Elnur Abdulov bugünkü məşqdə iştirak etməyiblər.

Komandanın hazırlığı isinmə hərəkətləri ilə başlayıb. Sonra futbolçular fiziki və topla hərəkətlərin yerinə yetirilməsi üzərində çalışıblar. Məşqi izləyənlər arasında milli komandamızın baş məşqçisi Berti Foqts da olub.
Xatırladaq ki, “İnter” – “Qarabağ” matçı aprel ayının 7-də, saat 16:00-da baş tutacaq.

Xəbər 888 dəfə oxundu.