Müşviq İsayevin xatirəsinə açıq respublika turnirində sərbəst güləşçilər mübarizə aparırlar
Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə sayca 21-ci açıq respublika turniri davam edir.

Yarış 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunan yarışda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparır. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilərin iştirak edirlər.

İkinci yarış günündə sərbəst güləşçilər mübarizə aparırlar.

Çəki dərəcələri üzrə ilk yeri tutacaq idmançılar diplom və medalla mükafatlandırılacaqlar.

Xəbər 1052 dəfə oxundu.