IFFHS dünyanın ən yaxşı futbol klublarının reytinqini açıqlayıb | |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb. Planetin ən yaxşı 402 komandasının yer aldığı siyahıda Azərbaycan üç klubla təmsil olunub. IFFHS-in tərtib etdiyi cədvəldə Ağdam təmsilçisi “Qarabağ” klubu 136 xalla 93-cü pillədə yer alıb. Siyahıdakı digər təmsilçimiz “Zirə” isə 72 xalla dörd klubla 296-cı yeri bölüşüb. Hesabında 65 xal olan “Qəbələ” isə 353-cü pillədədir. Qeyd edək ki, siyahıya İspaniyanın “Real Madrid” klubu 328 xalla başçılıq edir. Braziliya “Qremio”su 286 xalla ikinci, İngiltərə təmsilçisi “Mançester Yunayted” isə 284 xalla üçüncüdür. |
|
Xəbər 1121 dəfə oxundu. |
|
|