Azərbaycan millisi “Antalyaspor”u böyük hesabla məğlub edib
Antalyada təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

“Antalyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb.

Birgül Çelikin het-trik etdiyi oyunda komandamızın digər qollarını Nigar Mirzəliyeva, Ümnisə Əliyeva və Anna Abulaşvili vurublar.

Xəbər 1143 dəfə oxundu.