Favoritlər rəhm bilmədilər
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinə start verilib. İdman.com.az saytının məlumatına görə, 2 dövrədən ibarət olacaq həlledici raundun ilk görüşündə son çempion “Rabitə” Çelenc kubokunun son sahibi “Lokomotiv”lə qarşılaşıb. Əvvəldən sonadək üstün oyun nümayiş etdirən Zoran Qayiçin komandası rəqibini asanlıqla məğlub edib.
Digər matçda “Azərreyl” “Bakı”nı sınağa çəkib. İlkin mərhələdə debütant “dəmiryolçular”lan hər matçda 1 set ala bilsədə, bu dəfə onu da bacarmayıb.

Hesabat turunda “İqtisadçı” istirahət edib. Qeyd edək ki, final mərhələsində 3:0 və 3:1 hesabı ilə qalib gələcək komandaya 3, məğlub olacaq kluba 0 xal verilib. Əgər 3:2 hesabı qeydə alınarsa, qələbə qazananların 2, uduzanların isə aktivinə 1 xal əlavə ediləcək. Əgər 2 və daha artıq komanda eyni sayda xal toplayarsa, bu halda qalib voleybol federasiyasının reqlamenti ilə nəzərdə tutulan qayda ilə müəyyən ediləcək.

Super Liqa. Qadınlar
4 aprel. Final mərhələsi, I tur

16:00. “Rabitə” – “Lokomotiv” - 3:0 (25:10, 25:18, 25:16)
İlk dövrə: “Rabitə” – “Lokomotiv” – 3:1
İkinci dövrə: “Lokomotiv” – “Rabitə” – 0:3

18:30. “Azərreyl” – “Bakı” - 3:0 (25:23, 25:16, 25:19)
İlk dövrə: “Azərreyl” – “Bakı” - 3:1
İkinci dövrə: “Bakı” – “Azərreyl” - 1:3

Xəbər 1035 dəfə oxundu.