İşinin peşəkar – müəllimi
Dahilərdən biri demişdir: «Mən həyatımda bir valideynlərimə və bir də müəllimlərimə borcluyam».

Mən də bu kiçik yazımda bir fədakar müəllimindən - Aidə İsmayılova Abbas qızından söhbət açmaq istəyirəm. O, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində idman müəllimidir. İdman tədbirlərinin təşkilatçısı və habelə, həmin tədbirlərə aparıcılıq edən Aidə müəllimə öz sənətini, öz peşəsini dərindən bilən – bədii gimnastika və idman gimnastikası üzrə peşəkar mütəxəsisdir. 21 dekabr tarixində UNEC İdman Sağlamlıq klubunun Rus İqtisadiyyat Məktəbi və İqtisadiyyat fakultəsi arasında idman yarışı keçirildi. İdman yarışı Dünya Azərbaycanlılarının Həmrəylik gününə və qarşıdan gələn Yeni İl bayramına həsr olunmuşdur. Bu yarışmanın təşkilatçısı və aparıcısı Aidə müəllimə idi. Rus İqtisadiyyat Məktəbi 41 xalla yarışmanın qalibi oldu.

Aidə müəllimə bu yarışmanı təşkil etməyə sentyabr ayından başlamışdır. Hətta bu tədbirdə, yarışda lazım olan vəsaitlərin çoxunu öz məvacibilə alan Aidə müəllimənin bu fədakarlığına həmkarları qısqanc yanaşırdılar. Tələbələrin sevinci Aidə müəllimənin sevincinə qarışmışdır. Tələbələri öz işinin fədaisi olan Aidə müəlliməni çox sevirlər. Aidə müəllimə də öz tələbkarlığı ilə onları tələbə kimi, bir ana kimi çox istəyirlər. Tibbi təhsili olan Aidə müəllimə həm də fizoterapevtir. Öz peşəsi üzrə idman ustası olan Aidə müəlliməni mən də tələbələri adından Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibətilə təbrik edirik. Müasir dövrümüzdə öz peşəsini dərindən bilən, onun fədaisi olan belə müəllimlərə çox ehtiyac vardır. Sükanı belə saxla Aidə müəllimə!



Bacabəyova A.


Xəbər 1152 dəfə oxundu.