İsrailli əlbəyaxa döyüş növləri üzrə təlimatçının növbəti dəfə Bakıda seminarı təşkil olunub
Tanınmış israilli əlbəyaxa döyüş növləri üzrə təlimatçı Viktor Rabaev növbəti dəfə Bakıda “Krav Maqa” seminarı keçirib.

Əlbəyaxa döyüş növlərinin təlimatçısı, kata üzrə milli komandamızın baş məşqçisi Vahid Ayvazovla birgə keçirilən seminarda real aykido, qarışıq döyüş növləri, karate və digər sahələrin mütəxəssisləri və idmançıları iştirak ediblər.

AMKF-nin təlim-məşq bazasında keçirilən seminarda V.Rabaev soyuq silahlardan qorunmaq və digər özünü müdafiə fənlərində peşəkar təcrübəsini iştirakçılarla paylaşıb. AMKF və Azərbaycan Peşəkar Döyüş Növləri Assosiasiyasının prezidenti Yaşar Bəşirov qonağa minnətdarlığını ifadə edərək onu yenidən Bakıda görməyə məmnun olduğunu deyib. O, bugünkü əlbəyaxa döyüş növləri seminarının Azərbaycan və İsrail dövlətləri arasında dostluq və əməkdaşlığın bir hissəsi kimi dəyərləndirib.

Dəvətə görə təşəkkürünü bildirən V.Rabaev Bakıda özünü vətəndəki kimi hiss etdiyini, əlbəyaxa döyüş növləri sənətində peşəkar biliklərini hər zaman azərbaycanlı həmkarları ilə bölüşməyə hazır olduğunu deyib.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər 1119 dəfə oxundu.