Qadın sablyaçılarımız ABŞ-da təlim-məşq toplanışında iştirak edəcəklər
Azərbaycanın qadın qılıncoynadanlardan ibarət milli komandası yanvarın 15-də ABŞ-a yollanacaq.

Sablya növündə yarışan idmançılarımız yanvarın 16-24-də ABŞ-ın Nyu-Cersi şəhərində Fikrət Vəliyevin rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edəcəklər.

Toplanış yanvarın 26-28-də ABŞ-ın Baltimor şəhərində təşkil olunacaq qadınların dünya kuboku seriyasından sayılan “A” kateqoriyalı turnirə hazırlıq xarakteri daşıyır.

Yığmanın üzvləri həm fərdi, həm də komanda yarışlarında iştirak edəcəklər.

Xəbər 1282 dəfə oxundu.