Lukaku fala inandığına görə müqaviləsinin müddətini uzatmaqdan imtina edib
Belçika futbol yığmasının hücumçusu Romelu Lukaku vudu şamanının falına inandığına görə İngiltərənin “Everton” klubu ilə müqaviləsinin müddətini uzatmaqdan imtina edib və “Mançester Yunayted” klubuna keçib.

Bu barədə klubun sahibi Farad Moşari “The Gardian” nəşrinə danışıb.

O deyib: “Mən iki yay mövsümü ərzində çalışmışam ki, onu saxlayım. İnişilin yayında onun özü, agenti, anası ilə danışıqlar apardım. Onda onu bir il müddətinə saxlaya bildik. Ötən yay mövsümü bilirdik ki, o, “Çelsi”yə keçmək istəyir. Biz hər dəfə ona bu klubun nə təklif etdiyindən daha yaxşı şərtlər vəd edirdik. Amma o qalmaq istəmirdi”.

Konqo mənşəli futbolçunun özü etiraf edib ki, Afrikaya səyahət edəndə bir vudu şamanı onun falına baxaraq, “Çelsi”yə keçməsini məsləhət görüb.

R.Lukaku 2017-ci ilin yayında “Everton” klubu ilə vidalaşıb, amma “Çelsi” yerinə “Mançester Yunayted” klubuna keçib. “Mançester Yunayted” onun transferinə görə 75 milyon funt sterlinq ödəyib.

R.Lukaku cari mövsümdə İngiltərə Premyer Liqasının 21 matçında 10 qol vurub.

Xəbər 571 dəfə oxundu.