“Soy Madridista”: “Real Madrid” Zinəddin Zidanı Yoaxim Lövlə əvəzləməyi qərara alıb
“Real Madrid” futbol klubu yeni baş məşqçi axtarışına başlayıb.

Madrid təmsilçisi Almaniya millisinin baş məşqçisi Yoaxim Lövlə danışıqlara start verib.

“Real Madrid” klubunun rəhbərliyi Lövün Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatından sonra komandanın sükanı arxasına keçməsinə çalışır.

Baş məşqçi dəyişikliyi barədə Madrid klubunun hazırki çalışdırıcısı Zinəddin Zidana da məlumat verilib.

Qeyd edək ki, Yoaxim Lövün Almaniya millisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Xəbər 592 dəfə oxundu.