La Liqa “Real”ın azarkeşlərindən İspaniya Futbol Federasiyasına şikayət edib
La Liqa “Real”ın azarkeşlərindən İspaniya Futbol Federasiyasına şikayət edib.

Madrid klubunun fanatları “Barselona”nın forvardı Lionel Messi haqqında “Messi, Messi, ağıldankəm”, - deyə qışqırışırlar. Bundan başqa, kataloniyalıların müdafiəçisi Jerar Pike haqqında da təhqiramiz ifadələr işlədirlər.

İspaniya Futbol Federasiyasının intizam məcəlləsinə görə, istənilən diskriminasiya və təhqir xarakterli ifadələr qadağandır.


AZƏRTAC

Xəbər 1056 dəfə oxundu.